“Əgər karantinin bitməsini istəyiriksə...” - Nazirlik rəsmisindən ÇAĞIRIŞ

“Əgər karantinin bitməsini istəyiriksə...” -
Artıq bir neçə koronavirusa yoluxmada gündür müsbət dinamika davam edir. Sağalanların sayı yoluxanları üstələyir. Amma bu, virusun bitdiyi anlamına gəlmir.

Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

N.Seyidov deyib ki, yoluxma sayı azalanda sərt karantin rejimində yumşalmaya gediləcək.

Yumşalmaya nə zaman gediləcəyinə gəlincə, nazirlik rəsmisi deyib ki, sanitar-epidemioloji şərait buna imkan verəndə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan ediləcək.

Şöbə müdiri qeyd edib ki, istənilən halda bütün ictimai iaşə obyektləri, ticarət mərkəzləri, “Mall”lar, çimərliklər yumşalmaya hazır olmalıdır:

“Yumşalma virusun tamamilə aradan qalxması anlamına gəlmir. Yumşalma zamanı sanitar-gigiyenik qaydalara əməl olunmazsa, yoluxma sayı yenidən arta bilər. O zaman karantin rejiminin sərtləşdirilməsi qaçılmaz olacaq. Əgər karantinin bitməsini istəyiriksə, hamımız həmrəy şəkildə, qaydalara riayət edərək buna getməliyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...