Qobu və Hökməlidəki qeyri-qanuni tikintiklərlə bağlı Abşeron RİH-dən AÇIQLAMA

Qobu və Hökməlidəki qeyri-qanuni tikintiklərlə bağlı Abşeron RİH-dən

Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrində yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında qanunsuz tikinti işləri aparılması ilə əlaqədar informasiyalar yayılıb.

Yayılmış informasiyalarla əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov Gundeminfo.az-a bildirib ki, qeyd olunan hallarla bağlı dəfələrlə özbaşına, qeyri-qanuni tikinti işləri aparan şəxslərə xəbərdarlıq edilib, aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb.

“Rayon İcra Hakimiyyəti Prezident İlham Əliyevin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci maddəsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin 16-cı fəslinin, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin 4 sentyabr 2012-ci il, 695 nömrəli Fərmanının, Prezidentin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1, 4.2 və 4.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həmin özbaşına tikintilərin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı dövlət qurumları və hüquq mühafizə orqanları qarşısında məsələ qaldırmış, yazılı müraciətlər ünvanlayıb.

Əlavə olaraq bildiririk ki, sözügedən ərazilərdə aparılmış qanunsuz tikililərin qarşısının alınması və sökülməsi tələbi ilə məhkəmə orqanları qarşısında iddia tələblərinin qaldırılması qanunvericiliyə əsasən həmin tikililərin inşa olunduğu torpaq sahəsinin mülkiyyətçisi kimi “Azərenerji” ASC-nin aidiyyatı qurumlarının səlahiyyətindədir.

Yuxarıda qeyd olunan müvafiq icra hakmiyyyəti və hüquq mühafizə orqanlarına Abşeron rayon İcra Hakimiyyəti tərəfindən edilmiş müraciətlər təmin olunacağı və səlahiyyətli qurum tərəfindən belə bir iddia tələbi qaldırılaraq məhkəmə tərəfindən təmin olunacağı təqdirdə rayon İcra Hakimiyyəti qanuna müvafiq qaydada köməklik göstərməyə hazırdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...