15 yaşlı şagirdin hamiləliyi ilə bağlı qaranlıq məqamlar - DNT analizi

15 yaşlı şagirdin hamiləliyi ilə bağlı qaranlıq məqamlar -

15 yaşlı şagirdin hamiləliyi ilə bağlı DNT analizi aparılmayıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova Lerik rayon məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun 15 yaşlı şagirdi hamilə buraxan 60 yaşlı müəllimlə bağlı verdiyi məhkəmə qərarından danışarkən deyib.

Onun sözlərinə görə, məhkəmədən öncə DNT analizi götürülməli idi:
"Bu məhkəmə prosesində qarışıq məqamlar var. Uşaqla bağlı DNT analizi aparılmayıb. DNT analizi aparmadan məhkəmə prosesi necə keçirilib? Qız burdadır, 10 gündən sonra uşaq doğulacaq. Onun taleyi necə olacaq? Qızın atası ruhi xəstədir. Qızın özü də nə danışdığını bilmir. Əslində qızı bura gətirəndə deyilmişdi ki, uşaq doğulsun, analiz götürülsün və cavab məlum olandan sonra məhkəmə olacaq. Amma bu deyilənlərə heç kim əməl etmədi. Uşaq doğulmamış məhkəmə oldu. Uşağın kimdən olmasını heç kim araşdırmadı. Hətta dedilər ki, uşaq dünyaya gəlməmiş də DNT analizi götürülə bilər”.

Mehriban Zeynalova qeyd edib ki, 60 yaşlı müəllim Məmmədov Şəfahətin qohumları başqa iddialar qaldırıb:

"Müəllimin qohumları deyib ki, ona şər atılıb. Burada qaranlıq məqamlar var”.

Hüquq müdafiəçisi Fariz Namazlı isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, burada əsas məsələ qızın razılığının olub-olmamasıdır:



"Belə başa düşdüm ki, qızın razılığı olub, sadəcə, yetkinlik yaşına çatmadığına görə 152.1 maddə ilə cinayət işi başlanılıb. 152.1-ci maddədə 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Müəllimə də 1 il iş verilib. Qız 16 yaşına çatmadığı üçün çox güman, qanuni nümayəndəsi var. Onun da müəllimə qarşı şikayəti olmayıb. Ona görə də aşağı həddə cəza verilib”.

Qeyd edək ki, 15 yaşlı şagirdi hamilə buraxan müəllimə hökm oxunub. Lerik rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun sədrlik etdiyi prosesdə 15 yaşlı məktəblini hamilə buraxan 60 yaşlı Məmmədov Şəfahətə 1 il iş verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...