Atasına yas mərasimi keçirən oğul cərimələndi - FOTO

Atasına yas mərasimi keçirən oğul cərimələndi -

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Məzahir Mustafayevin karantin rejiminin qaydalarını pozaraq öz evinin həyətində vəfat etmiş atası üçün yas mərasimi keçirdiyini aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb, ev sahibi M.Mustafayev və mərasimdə iştirak edən 6 nəfər polis şöbəsinə gətiriliblər.

Burada onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...