İcra hakimiyyətindən iddialara CAVAB

İcra hakimiyyətindən iddialara

Bəzi KİV-də qeyd olunmuş, Nərimanov rayonu Aşıq Molla Cümə küçəsindəki mövcud yaşıllıq sahəsində ağacların quruması ilə bağlı yazılara Nərimanov rayon İcra Hakimiyyətində baxılmış, həqiqətə uyğun olmayan məlumatlar aşkar edilmişdir.

Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) olaraq bildiririk ki, həmin ərazidə 2013-cü ildə 7,47 ha ümumi sahəsi olan, metal lövhəli çəpərlə əhatə olunmuş üç ədəd ayrı-ayrı yaşıllıq sahəsi yaradılmışdır. Qeyd edirik ki, həmin ərazidə RİH tərəfindən, o cümlədənİH-nin təşəbbüsü ilə mütəmadi olaraq keçirilmiş iməciliklər yolu ilə təxminən 5.000ədədə yaxın müxtəlif cinsli ağaclar əkilmişdir. Ağaclara qulluğun və suvarılmasının təmin olunması üçün xüsusi işçi qrupları ayrılmış, 4 ədəd artezian quyusu vurulmuş, su anbarları tikilmiş, 2 ədəd su daşıyan maşın təhkim olunmuş, damcı-suvarma sistemi yaradılmışdır. Əkilmiş ağacların növünə gəldikdə əsasən yerli iqlimə uyğunlaşmış həmişəyaşıl iynəyarpaqlı leylandra, eldar şamı, küknar və xan çinarı növlərini qeyd etmək olar.

Lakin ərazidəki ağaclara daimi qulluq və kultivasiya (dərmanlanma, budanma və sair) işlərininaparılmasına baxmayaraq müxtəlif parazitar xəstəliklər səbəbindən mütəmadi olaraq leylandra ağaclarının quruması müşahidə edilir.Bununla yanaşı qeyd edirik ki, ərazi tərəfimizdən nəzarətdə saxlanılaraq qurumuş ağaclar çıxarılaraq yerində yenilərinin əkilməsi daim təmin olunur. Belə ki, mövsümi olaraq bu ilin yaz aylarında 67 ədəd qurumuş və zədələnmiş leylandra ağacı yenisi ilə dəyişdirilmişdir. Hal-hazırda qurumuş ağacların dəyişdirilməsi isə ağacların köküstə bitməsi üçün tələb olunan mövsümi iqlim şəraitininəzərə alaraq sentyabr ayında dəyişdirilməsi nəzərdə tutulmuş, tingliklərə yerli növ ağaclar sifariş verilmişdir.Yeni ağaclar əkilərkən üstünlük daha çox yerli xan çinarı və küknar ağaclarına verilir.
Onu da qeyd edək ki, yaşıllıq zolağı salınarkən 2015-ci ildə həmin ərazidə 1ha ərazini əhatə edən sahədə “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksi salınmışdır. Faşizm üzərində qələbənin 75 illliyi münasibətilə 2020-ci ilin may ayında Kompleksdə əsaslı yenidənqurma işləri aparılmış və ətraf ərazidə bir çox abadlıq işləri görülmüşdür.
Əlavə olaraq bildiririk ki, həmin ərazidə son tikinti işləri 2015-ci ilə qədər aparılmışdır. Hal-hazırda həmin yaşıllıq sahələrində heç bir tikinti işləri aparılmır və gələcəkdə də aparılması nəzərdə tutulmamışdır.
İcra hakimiyyətindən iddialara
İcra hakimiyyətindən iddialara
İcra hakimiyyətindən iddialara
İcra hakimiyyətindən iddialara
İcra hakimiyyətindən iddialara



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...