Avropa Parlamenti Belarusdakı seçkiləri tanımayıb - VİDEO

Avropa Parlamenti Belarusdakı seçkiləri tanımayıb -

Avropa Parlamentinin üzvləri Belarusdakı seçkilərin nəticələrini tanımayıblar.

Bu barədə Brüsseldə parlamentin partiyalarla ortaq bəyanatında deyilir.

“Avqustun 9-da prezident seçkiləri nə azad, nə də ədalətli keçdi. Etibarlı hesabatlar Svetlana Tixanovskayanın qələbəsindən xəbər verir.

Buna görə də biz Aleksandr Lukaşenkonu Belarusun yenidən seçilmiş prezidenti kimi tanımırıq və onu Avropa İttifaqında “persona non grata” (arzuolunmaz şəxs) hesab edirik.

Belarus xalqının müstəqil müşahidəçilərin nəzarəti altında azad seçkilərlə bağlı yeni tələblərinə qoşuluruq”, - deyə bəyanatda qeyd edilir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...