Qurban bayramında yığılan 41 ton əti kasıblara vermədilər - Kolbasa hazırladılar

Qurban bayramında yığılan 41 ton əti kasıblara vermədilər -


Adanada iki ayrı əməliyyatda 41 ton ət ələ keçirilib.

Yenisabah.az xəbər verir ki, ət kasıblara paylaşılacağı bəhanəsi ilə Qurban bayramında Furkan Vəqfi tərəfindən toplanılıb. Lakin ehtiyac sahiblərinə heç bir yardım göstərilməyib. Bunun əvəzinə kolbasa hazırlayaraq kommersiya məqsədilə istifadə edilməsi planlaşdırılıb.

Lakin Adana 112 Çağrı Mərkəzinə gələn şikayət nəticəsində işin üstü polislər tərəfindən açılıb və ətlər torpağa basdırılaraq məhv edilib. Ətin saxlanıldığı anbarın sahibinə isə 50 min lirə cərimə tətbiq olunub.

Qeyd edək ki, ətin dəyəri hazırda təxminən 5 milyon lirə civarındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...