"İsa Həbibbəyli toyda niyə iştirak etməyib" - AÇIQLAMA

"İsa Həbibbəyli toyda niyə iştirak etməyib" -

Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib-etməməsi ilə məsələyə aydınlıq gətirib.

AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən "Report"a daxil olan açıqlamada deyilir ki, sosial şəbəkələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.

Qeyd olunub ki, akademik İsa Həbibbəyli avqustun 18-i saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün avqustun 24-dək Naxçıvanda qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...