“Ramiz Mehdiyev dostumun məqaləsini öz imzasıyla çap etdirdi” - İTTİHAM

“Ramiz Mehdiyev dostumun məqaləsini öz imzasıyla çap etdirdi” -

“Bir çoxları Ramiz Mehdiyev haqqında yazır. Haqlı yazılar və mövqelərdir. Birini də mən yazım”.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə özünün facebook səhifəsində yazıb.

“Ramiz Mehdiyev Adminstrasiyanın rəhbəri olduğu zamanlar idi. Yaxın bir dostum çox yaxşı siyasi-psixoloji kitablar yazırdı. Kitabları Moskva, Vaşinqton və Bakıdakı universitetlərdə dərs vəsaiti kimi tədris edilir. Bir gün telefonda dostumla danışırdım. Mənə dedi ki, hörmətli akademikin köməkçisi ona zəng edib ki, Ramiz Mehdiyev onun mətbutda çıxan məqalələrini çox yüksək qiymətləndirir. Köməkçi həmin məqalələri dostumdan onlara göndərməsini istəyib. Dostumda həmin məqalələrdən Ramiz müəllimə göndərib. Daha sonra o, bunu mənə deyərək nəticəsinin necə olacağını soruşdu. Mən də dedim ki, sənin həmin elmi, siyasi məqalələrini Ramiz müəllim öz adı ilə rəsmi qəzetdə və kitablarında verəcək. İkimizdə xeyli güldük. Dostumun inanmağı gəlmirdi. “Bu qədər də olmaz”,- dedi. Lakin həqiqətən, müəllim məqalələri öz adına çıxarmışdı. Buna baxmayaraq, Ramiz müəllim dostumun administrasiyaya işə düzəlməsinin qarşısını aldı”,-deyə politoloq əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
654 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...