“Kimlərinsə Səbinə Əliyevanın istefasını tələb etməsi düzgün deyil” - Novella Cəfəroğlu

“Kimlərinsə Səbinə Əliyevanın istefasını tələb etməsi düzgün deyil” -
“O, toya gedib, karantin qaydalarını pozub və buna görə də cərimə olunub. Amma kimlərinsə Səbinə Əliyevanın istefasını tələb etməsi düzgün deyil”

Bunu hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib: “Mən hesab edirəm ki, Səbinə Əliyeva ombudsman olmaqla yanaşı, həm də bir vətəndaşdır. O, toya gedib, karantin qaydalarını pozub və buna görə də cərimə olunub. Amma kimlərinsə Səbinə Əliyevanın istefasını tələb etməsi düzgün deyil. O, da bir vətəndaşdır, toya dəvət ediblər. Mən başa düşürəm ki, bütün bunların günahı Ramiz Mehdiyevdədir və o, bu insanları toya çağırıb. Səbinə xanımın həyat yoldaşı toya dəvət olunub və adətimizə uyğun olaraq xanım da əriylə birlikdə toya gedib. Buna görə hay-haray salıb onu işdən çıxarmaq düzgün deyil. Onu da qeyd edim ki, bu xanım bir çox insanın məsələsinə baxıb, bu işlərə ürəklə yanaşıb, təzə işləyir və onun vəzifəsindən azad edilməsini tələb etmək düzgün hərəkət deyil. Səbinə xanım nə bilsin ki, toyun söz-söhbəti bu səviyyəyə çıxacaq. Birinci qadın təşkilatı kimi mən qadınların tərəfindəyəm”.

Qeyd edək ki, məlum toy hadisəsindən sonra ombudsman Səbinə Əliyevanın işdən çıxarılmasıyla bağlı sosial şəbəkələrdə müzakirələr gedir.Moderator



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...