Valideynlər məktəbli formaları almağa başladılar

Valideynlər məktəbli formaları almağa başladılar

Artıq məktəbli forması almaq üçün valideynlər müraciət etməyə başlayıblar.

Gundeminfo.az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında "Bakı Tikiş Evi"nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib. Onun sözlərinə görə, alıcı sayı ötən illərə nisbətən zəifdir:

"Hazırda təhsil müəssisələri bağlı olduğu üçün forma üçün müraciət edənlərin sayı elə də çox deyil, amma buna baxmayaraq valideynlər tək-tək gələrək forma alırlar. Qiymətlərdə heç bir dəyişiklik yoxdur. Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır".

E.Əzimov vahid məktəbli formaları ilə bağlı bir neçə modelin hazırlanaraq təklif kimi Təhsil Nazirliyinə göndərildiyini də bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...