189 saylı taksidə uşaq doğulub - BAKIDAKI TIXAC SƏBƏBİNDƏN

189 saylı taksidə uşaq doğulub -

Bu gün Bakıda 189 saylı taksi xidmətinin avtomobilində uşaq dünyaya gəlib.

"Tezadlar.az" xəbər verir ki, bu barədə taksi şirkəti "Facebook" səhifəsində məlumat verib:
"Taksimizdə ilk dəfə uşaq dünyaya gəlib. 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün 189 taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbi ilə yolda olarkən təbii doğuş baş tutur və qadın övladını avtomobildə dünyaya gətirir. Dərhal reaksiya verən sürücümüz Mehman Rzayev yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb. Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...