Azərbaycanda kütləvi yoluxma qeydə alınan bazar bağlandı

Azərbaycanda kütləvi yoluxma qeydə alınan bazar bağlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı ilə bağlı məlumat yayıb.

Qərargahdan "Report"a bildirilib ki, mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, Operativ Qərargah tərəfindən bazarın müvəqqəti bağlanması qərarı verilib.

Qeyd edək ki, həmin ərazidə sentyabrın 1-dən bu günə qədər götürülən test nümunələrinin 13-də koronavirus testi pozitiv olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...