Kvemo Kartlidə daha 4 nəfərdə koronavirus aşkarlanıb

Kvemo Kartlidə daha 4 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində son sutkada koronavirusa 4 yeni yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

Onun sözlərinə görə, ən yüksək sutkalıq yoluxma göstəricisi 129 olmaqla Acarıstan bölgəsinin payına düşüb.

M.Ezuqbaya deyib ki, hazırda 1 657 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir: “Onların 11-nin vəziyyəti kritik, 80-ə yaxın pasiyentin durumu isə ağır qiymətləndirilir”.

Qeyd edək ki, son günlər ərzində Kvemo Kartlidə 15 nəfərdə COVID-19 aşkarlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...