Əhəd Abıyev Əmlak Məsələləri Dövlət Komitəsinin ləğv olunmasından xəbərsizdir

Əhəd Abıyev Əmlak Məsələləri Dövlət Komitəsinin ləğv olunmasından xəbərsizdir
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Əmlak Məsələləri Dövlət Komitəsinin ləğv olunmasından xəbərsizdir.

Pravda.az xəbər verir ki, icra başçısı rəsmi qəzetdə dərc olunan məqaləsində ləğv olunan Dövlət Komitəsinin “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsini başa çatdırmamasını bildirib.

“Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Polad İstehsalı Kompleksi yaradılıb. Sərəncama əsasən, səhmləri dövlətə məxsus olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş və onun dövlətə məxsus səhmlərinin saxlanılması və idarə olunması hüquqları Azərbaycan Polad İstehsalı Kompleksinə verilib. Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamına əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilib və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilib. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi bu günə kimi başa çatdırılmayıb”, Ə.Abıyev məqaləsində bildirib.

Qeyd edək ki, ötən il Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilib. Qurum Əmlak Məsələləri Dövlət Xidməti kimi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...