“Tənqidlər Azərbaycanın şövqünü qırmamalıdır” Türkiyəli jurnalist

 “Tənqidlər Azərbaycanın şövqünü qırmamalıdır”

“Avropa ölkələri Azərbaycandakı Avropa Oyunlarını dəstəkləməlidir”. Bu sözləri APA-ya açıqlamasında Türkiyənin tanınmış idman şərhçisi, “Millət” qəzeti idman şöbəsinin müdiri Gökmən Özdəmir deyib.

G. Özdəmir bildirib ki, Azərbaycan çox önəmli addım ataraq 50 ölkəni Avropa Oyunlarına dəvət edib: “Bizim mədəniyyətimizdə dəvət etmək mühüm bir məsələdir, ona görə də dəvət alan ölkələr Azərbaycanın bu xoş niyyətinə müsbət cavab verərək Oyunlarda ən yüksək səviyyədə təmsil olunmalıdır. Mən Azərbaycana ilk dəfə 1999-cu ildə getmişəm. O vaxtdan bəri hər dəfə gedəndə ölkədə nə qədər irəliləyiş olduğunu görürəm. Avropa ölkələri Azərbaycana imkan verməlidirlər ki, Oyunları yüksək səviyyədə təşkil etsin. Qərbdən gələn tənqidlər Azərbaycanın şövqünü qırmamalıdır. Tənqid həmişə olub və olacaq. Azərbaycan o tənqidlərin konstruktiv tərəflərini nəzərə alaraq, Avropa Oyunlarının yüksək səviyyədə təşkili istiqamətində yoluna inamla davam etməlidir. Mənim Azərbaycana inamım tamdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1270 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...