Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verərək, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi, müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Daha sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında görüş başlayıb. Görüş hazırda davam edir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
74 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...