Azərbaycan kommunistləri arasında yeni QALMAQAL

Azərbaycan kommunistləri arasında yeni


Azərbaycan Kommunist Partiyası (AKP) parlament seçkilərində iştirak edəcək. Partiyanın sədri Rauf Qurbanovun namizədliyi AKP tərəfindən 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən irəli sürülüb və qeydə alınıb.

Qeyd edək ki, Telman Nurullayev də AKP-nin möhürünün onlarda olduğunu deyib və dəfələrlə bildirib ki, partiyanın sədri özüdür.
Rauf Qurbanovun AKP-nin namizədi kimi qeydə alınmasına Telman Nurullayev münasibət bildirib. O, Modern.az-a açıqlamasında deyib ki, Rauf Qurbanov partiyanın sədri deyil:

“Hazırda partiyanın sədri Gülnisə Məhsimovadır. Kommunistlər Rauf Qurbanovun partiyadan çıxarılması haqqında qərar qəbul ediblər. Məndə Rauf Qurbanovun partiyadan çıxarılması ilə bağlı protokol var. Rauf Qurbanov özünü Kommunist Partiyasının lideri hesab edir. Yaxşı olardı desin ki, Kommunist Partiyasının hansısa qrupunun rəhbəridir. Rauf Qurbanovun namizədliyi Azərbaycan Kommunist Partiyası tərəfindən irəli sürülə bilməz. O, namizədliyini öz təşəbbüsü ilə irəli sürüb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1087 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...