Ülvi Quliyevə Yasamaldan böyük dəstək - VİDEO

Ülvi Quliyevə Yasamaldan böyük dəstək -


15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev “Sağlam gələcək Ülvi ilə gələcək” şüarı altında təbliğat-təşviqat kampaniyasını davam etdirir.

GUNDEMİNFO.AZ xəbər verir ki, Ülvi Quliyev bu dövr ərzində hər gün seçiciləri ilə görüşlər keçirib. Onun nümayəndələri isə dairə üzrə bütün ərazilərdə olaraq namizədin təbliğatını aparıblar. Təbliğat kampaniyası çərçivəsində keçirilən belə möhtəşəm görüşlərdən birində idmançılar - Birinci Avropa Oyunlarının qalibləri, dünya və Avropa çempionları, ziyalılar, dindarlar geniş şəkildə iştirak ediblər. Görüşdə iştirak edənlər bildiriblər ki, Ülvi Quliyev həm Milli Məclisdə deputatlıq fəaliyyəti dövründə, həm də idman sahəsində mənəviyyat, ədəb-ərkan sərgiləyib. Ülvi Quliyev bu etimada görə seçilərə, komandasına minnətdarlığını bildirib.

O qeyd edib ki, belə bir komanda ilə işləmək, ağsaqqalların, ağbirçəklərin xeyir-duasını almaq, güclü idmançıların əhatəsində olmaq, Yasamal rayon sakinlərinin böyük dəstəyini görmək ona böyük güc verir: “Əminəm ki, belə bir dəstəyin sayəsində dünyanın istənilən ölkəsində, hətta Avropada belə deputat seçilmək mümkündür. Bundan əvvəl, 3-cü və 4-cü çağırış Milli Məclisin deputatı olmuşam və seçicilərimin hər zaman yanında olub, onların problemləri ilə maraqlanmışam. Seçicilərimi Milli Məclidə layiqincə təmsil etməkdən hər zaman qürur duymuşam. Bu günə qədər verdiyim vədlərin hamısını yerinə yetirmişəm və bundan sonra da belə olacağına tam əmin ola bilərsiniz. Mən özümü sizlərdən fərqləndirmirəm. Hər zaman sizin yanınızda olacam”.

Seçicilər də öz növbəsində Ülvi Quliyevə dəstək durduqlarını və seçkilərdə yekdilliklə ona səs verəcəklərini bildiriblər. Ülvi Quliyev sondaYasamal sakinlərinə səslənərək onları 1 noyabr parlament seçkilərində aktiv iştirak etməyə, layiqli namizədə səs vernəyə çağırıb.




Ülvi Quliyevə Yasamaldan böyük dəstək -
Ülvi Quliyevə Yasamaldan böyük dəstək -
Ülvi Quliyevə Yasamaldan böyük dəstək -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...