Vergi güzəştləri kimlərə şamil olunur

Vergi güzəştləri kimlərə şamil olunur


Ədliyyə Nazirliinin Bələdiyyələrlə İş Mərkəzindən Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, mərkəz rəisi Mehdi Səlimzadənin imzasıyla bələdiyyələrə “Vergi güzəştlərinin tətbiqi ilə bağlı” tovsiyə məktubu göndərilrib.Məktubda qeyd edilir:

“ Vergi qanunvericiliyində müəyyən edilmiş güzəştlərin bələdiyyələr tərəfindən bəzi hallarda düzgün tətbiq olunmadığı, bir sıra vətəndaşların tamamilə yerli vergiləri ödəməkdən azad edildiyi və ya müvafiq kateqoriyaya aid olmayan şəxslərlə bağlı hesablanmış vergilərin əsassız azaldılmasına yol verilir, bir sıra hallarda isə qanunun tətbiqi ilə bağlı mübahisələr yaranır. Bildiririk ki, Vergi Məcəlləsinə görə misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir (maddə 199.2).

Vergi Məcəlləsinin 102.2-ci və 199.3-cü maddələrinin tələbinə uyğun olaraq binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, aşağıdakı şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır:

- pensiyaçıların;

- müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə;

- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

- müharibə əlillərinin;

- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);

- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;


- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 7 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar (maddə 199.7).

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar(maddə 199.9).

Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar (maddə 207.3).

Eyni zamanda, Məcəllənin 102.2-ci maddəsində qeyd olunan şəxslərin torpaq vergisi 10 manat azaldılır (maddə 207.2).

Vergi güzəştlərinin hesablanması ilə bağlı qanunvericiliyin bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilməsi və müəyyən edilmiş qaydada tətbiq olunması tövsiyə edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...