Elmar Vəliyev vətəndaşlarla görüşdü – FOTOLAR

Elmar Vəliyev vətəndaşlarla görüşdü –


Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ənənəvi şəkildə vətəndaşları qəbul edir, səmimi söhbətlər aparır, onların problemlərini öyrənir və qısa müddətdə bu problemləri aradan qaldırır.

Şəhərimizdə həyata keçirilən və nəzərdə tutulan bütün infrastuktur layihələr ictimaiyyət nümayəndələri ilə müzakirə olunur, onların təklifləri dinlənildikdən sonra reallaşır. Gəncəlilərlə sıx əlaqə, birgə fəaliyyət, səmimiyyət və doğmalıq qazanılan uğurları şərtləndirir, şəhərimizin yeni inkişaf perspektivlərini müəyyənləşdirir. Göstərilən diqqət və qayğı insanları sevindirir, ruhlandırır, vahid məqsəd uğrunda mübarizəyə səfərbər edir.

Elmar Vəliyev vətəndaşlarla görüşdü –


İcra Başçısının növbəti qəbulu da yüksək və nikbin əhval-ruhiyyədə keçib. Öncə yenə də şəhid ailələri və imtiyazlı ailələrin nümayəndələri öz sözlərini deyiblər. Allahverdi Nağıyev, Saləddin Qasımov, Füzuli Hüseynov və başqaları onları narahat edən məsələlər barədə fikirlərini bildiriblər. Raya Mahmudova, Rahilə Ələsgərova, Cəmşid Namazov, Nigar Qazıyeva, Zemfra Quliyeva, Sədaqət Xəlilova problemlərinin yerindəcə həll olunduğu üçün razılıqlarını ifadə ediblər.

Elmar Vəliyev vətəndaşlarla görüşdü –


Vətəndaşların qəbulunda şəhərimizdə gedən abadlıq, quruculuq, insanların güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə minnətdarlıqlar ifadə olunub. Sahibkarlıq, mənzil, torpaqla təminat, məşğulluq, kommunal məsələlərlə bağlı fikirlər səslənib. İcra Başçısı Elmar Vəliyev qaldırılan problemlərin qısa vaxt ərzində həll olunması üçün müvafiq təşkilatlara tapşırıqlar verib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...