Hərbçilərdən koronavirusa yoluxan var?

Hərbçilərdən koronavirusa yoluxan var?
"Müdafiə nazirinin göstərişi əsasında işğaldan azad olunmuş torpaqlarda 2 səhra tibb hospitalı və bir neçə tibb məntəqəsi gecə-gündüz hərbçilərimizə xidmət edir".

"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib.

O qeyd edib ki, 44 günlük müharibə zamanı bizim 2-ci cəbhəmiz var idi ki, bu da dünyanı bürüyən pandemiya, COVID-19 virusu idi: "Lakin mən buradan sizə çatdırmaq istəyirəm ki, bizim hərbi həkimlər, mülki tibb işçiləri, Səhiyyə Nazirliyi və TƏBİB-in birlikdə əməkdaşlığı nəticəsində Silahlı Qüvvələrin hərbçiləri arasında virusun yayılma halı, demək olar, sıfıra bərabər olub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
416 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...