Kim deyər ki, koronavirus ilk bu şəhərdə ortaya çıxıb... - Fotolar

Kim deyər ki, koronavirus ilk bu şəhərdə ortaya çıxıb... -
Koronavirusun ilk dəfə peyda olduğu Çinin Uhan şəhərində 7 aydır gecə həyatı karantinsiz davam edir.

“Qafqazinfo” xəbər verir ki, dünyanın əksər şəhərlərinin epidemiyanın yeni dalğaları ilə sarsılmasına baxmayaraq, Uhan sakinləri karantində qaldıqları vaxtın əvəzini çıxarmaq üçün şəhərin gecə klublarına axın edirlər.

Onlar maska, sosial məsafə kimi tədbirlərə əməl etməyi unudublar. Belə ki, yeni yayılan görüntülərdə həyatın normal axarına qayıtdığı və küçə musiqiçilərinin sədaları altında hər kəsin rəqs etdiyi yer alıb.

“Röyters” qeyd edir ki, şəhərin karantindən ən çox təsirlənən sektorlarından biri olan gecə həyatı iqtisadiyyatın canlanmasına səbəb olacaq.

Qeyd edək ki, ilk dəfə Uhanda 23 yanvarda sərt karantin rejimi tətbiq edilib və bu, 76 gün davam edib. 10 may tarixindən bu yana şəhərdə yoluxma hadisəsi qeydə alınmayıb.


Kim deyər ki, koronavirus ilk bu şəhərdə ortaya çıxıb... -
Kim deyər ki, koronavirus ilk bu şəhərdə ortaya çıxıb... -
Kim deyər ki, koronavirus ilk bu şəhərdə ortaya çıxıb... -
Kim deyər ki, koronavirus ilk bu şəhərdə ortaya çıxıb... -
Kim deyər ki, koronavirus ilk bu şəhərdə ortaya çıxıb... -
Kim deyər ki, koronavirus ilk bu şəhərdə ortaya çıxıb... -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...