Daşkəsəndə maşın dərəyə aşdı: Ölən var

Daşkəsəndə maşın dərəyə aşdı:

Daşkəsən şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yanvarın 1-də saat 04:00 radələrində qeydə alınıb.

Şəhər sakini S.Alıyev idarə etdiyi “Qazel” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə, sərnişini, həmyerlisi Nəriman Kərimov hadisə yerində ölüb.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...