Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO

Qələbədən bir gün öncə əsir düşən Yəhya... -
Ermənistan hərbi birləşmələrinin əsirliyində olan Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Yəhya Abdinov qısa müddətli reabilitasiyadan sonra ailəsinə qovuşub.

"Gundeminfo" xəbər verir ki, Yəhyanın ailəsinə qovuşması böyük sevinclə qarşılanıb.

Yəhya Abidinov vətən müharibəsinə könüllü olaraq yollanaraq sentyabr ayının 30-da Füzuli istiqamətində gedən döyülərə qoşulub. Vətən müharibəsində iştirak edən Yəhya Abidinov noyabr ayının 9-da Xocavənd istiqamətində ayağından yaralanaraq əsir düşür.

Ailəsi ən son noyabr ayının 2-də Yəhya ilə əlaqə saxlaya bilib. Yəhyanın valideynləri sonradan onun əsir düşdüyü məlumatını alıblar. Yəhya düz 34 gün düşmən əsiriliyində qalıb.

Xəzər TV-nin ailədən hazırladığı reportajı təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...