Rusiya MN-nin saytında Dağlıq Qarabağ respublika kimi təqdim olundu – FOTOFAKT

Rusiya MN-nin saytında Dağlıq Qarabağ respublika kimi təqdim olundu –
Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi veb-saytında (mil.ru) yerləşdirilən xəbərin başlığında Dağlıq Qarabağ respublika kimi təqdim olunub.

Yeniavaz.com xəbər verir ki, nazirliyin saytında yerləşdirilən xəbərə “Hərbi sülhməramlı həkimlərin səhra briqadaları DQR-nin yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım göstərdilər” (“Выездные бригады военных врачей-миротворцев оказали помощь более 1100 жителям в населенных пунктах НКР”) başlığı qoyulub.
Qeyd edək ki, xəbərin başlığındakı DQR - Dağlıq Qarabağ Respublikasının abreviaturasıdır (sözün baş hərflərini saxlamaqla düzəldilən forma).
Rusiya MN-nin saytında Dağlıq Qarabağ respublika kimi təqdim olundu –

Xəbərdə bildirilir ki, Rus sülhməramlıları Dağlıq Qarabağın ucqar yaşayış məntəqələrində hərbi həkimlər üçün çoxfunksiyalı həkim qrupları yaradıblar. Son bir gündə Rusiya hərbi həkimləri Martuni bölgəsinin Nnqi qəsəbəsinin 50-dən çox sakininə tibbi yardım göstərdilər. Ümumilikdə, Rusiya hərbi həkimləri 135 uşaq daxil olmaqla 1100-dən çox Dağlıq Qarabağ sakininə yardım göstərdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...