"Heç bir hərbi əməliyyatda iştirak etməmişəm" - Döyüşçilərin qədrini bilin deyən, əsgər üzr istədi

 "Heç bir hərbi əməliyyatda iştirak etməmişəm" -
Bir neçə gün öncə sosial şəbəkədə video paylaşaraq Vətən müharibəsində döyüşdüyü halda haqsızlığa məruz qaldığını, təltif olunmadığını, unudulduğunu deyən Mürsəl Mürsəlov adlı əsgər, söylədiklərinin yalan olduğunu etiraf edib.

Musavat.com xəbər verir ki, Mürsəl Mürsəlov paylaşdığı növbəti videoda Müdafiə Nazirliyindən, Azərbaycan xalqından, ölkə prezidentindən üzr istəyib.

Bildirib ki, o, əslində heç bir döyüşdə iştirak etməyib, könüllü kimi qatıldığı Vətən savaşında arxa cəbhədə olub.

Onu da qeyd edək ki, Mürsəl Mürsəlov haqsızlığa uğraması ilə bağlı video paylaşdıqdan sonra Azərbaycan dövləti, müvafiq qurumlar bu məsələni araşdırıb və onun yalan danışdığını üzə çıxarıblar.

Bu haldan sonra Mürsəl Mürsəlov yuxarıda bəhs etdiyimiz ikinci videonu yayıb.

Onun paylaşdığı videoları birləşdirərək, təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...