Azərbaycanın 28 müəssisəsindən Rusiyaya alma tədarükünə icazə verildi

Azərbaycanın 28 müəssisəsindən Rusiyaya alma tədarükünə icazə verildi

Rusiya fevralın 8-dən etibarən Azərbaycanın 28 müəssisəsindən alma idxalına icazə verib. Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin bəyanatında deyilir.

Qeyd olunur ki, idxal məhdudiyyətinin aradan qaldırılması barədə qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təqdim etiyi analiz məlumatları əsasında verilib. Almaların idxalı prosesi Agentliyin təminatı ilə həyata keçiriləcək. Əvvəlki icazələr də nəzərə alınmaqla ümumilikdə Azərbaycanın 38 müəssisəsindən Rusiyaya alma idxalı mümkün olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...