Sumqayıt sakinlərinin yol problemi - VİDEO


Sumqayıt şəhərində yerləşən yeni qəbiristanlığın yolu bərbad vəziyyətdədir.
Sumqayıt sakinlərinin yol problemi -

Bu barədə şəhər sakinləri Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıb.

Bildirilib ki, qəbiristanlığın girişindəki bərbad vəziyyətdə olan yol təmir olunmur.

Məsələ barədə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Vətəndaşlara xidmət idarəsi ilə əlaqə saxladıq.

Qurumdan bildirilib ki, qeyd olunan ərazisinin bir hissəsi Sumqayıt şəhərinin yeni salınmış qəbiristanlığına aiddir:

“Yeni salınmış şəhər qəbiristanlığınının əsas giriş hissəsinə artıq yol çəkilib və asfalt örtüyü döşənilib. Qeyd olunan ərazidə isə avtomobillərin hərəkəti məhdudlaşdırılıb”.

“Sözügedən ərazidə avtomobillərin hərəkəti nəzərdə tutulmayıb. Buna baxmayaraq hazırda həmin ərazidə ziyarətçilərin rahat hərəkətinin təmin olunması, piyada yolunun salınması üçün zəruri addımlar atılır”, - deyə qurumdan qeyd edilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...