Ucarda əxlaqsız hərəkət edən vəzifəli şəxs həbs edildi

Ucarda əxlaqsız hərəkət edən vəzifəli şəxs həbs edildi

Ucarda mədəniyyət evinin müdiri həbs edilib.

“Report”un xəbərinə görə, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri - 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

R.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R.Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...