Aqil Abbas Hərbi Hospitala dəvət edildi

Aqil Abbas Hərbi Hospitala dəvət edildi

Aprelin 2-də Milli Məclisin plenar iclasında deputat Aqil Abbas qazilərin problemləri ilə bağlı çıxışından sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına dəvət olunub.

Bunu Unikal.org-a açıqlamasında Aqil Abbas deyib.

Deputat bildirib ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini vəzifəsini icra edən polkovnik Elxan İbrahimov, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, polkovnik Vüqar Mürsəlov, Tibb Baş İdarəsinin rəisi, polkovnik Firudin Nəbiyev onunla əlaqə saxlayıblar:

"Vüqar müəllim və Elxan həkim mənimlə əlaqə saxlayıb, Hospitala dəvət etdilər. Mən həkimlərin əlehinə heç nə deməmişəm. Yenə deyirəm, hospitalın həkimlərinin işini yüksək qiymətləndirmişəm. Mən qazilərə olan münasibətdən danışmışam. Vüqar müəllimə də bildirdim ki, çıxışımda rüşvət sözü olmayıb. Mən onu yaxşı tanıyıram. Ağdamda, Ağcabədidə hospitalın rəisi olub. Ondan da həmişə razı olmuşam. Mənim heç kimlə davam yoxdur. Müdafiə Nazirliyi alayarımçıq bir açıqlama yaydı. Həmin biabırçı yazını kimin yazdığını da bilirəm. Ancaq adını demək istəmirəm. Mən onlardan yaxşı bilirəm ki, əlillik dərəcəsini hansı nazirlik verir. Mən 16 ildir ki, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüyəm. Kimin nə işlə məşğul olduğunu yaxşı bilirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...