Deputatdan Qənimətlər Parkının ödənişli olmasına sərt reaksiya

Deputatdan Qənimətlər Parkının ödənişli olmasına sərt reaksiya


"Bir vətəndaş olaraq bu açıq hava muzeyinə girişin ödənişli olmasını yanlış hesab edirəm”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun fikrincə, əsas hədəf millətin övladlarına qələbə ruhunu aşılamaqdırsa, belə ruhun ödəniş qiyməti ola bilməz:

"Bütün hallarda bu muzeyin açılışı əla oldu. Qələbəmizə sevinənlərlə üzülənlərin cinahı bir göz qırpımında müəyyənləşdi. İndiyədək erməni barbarlığı ilə savaşmışıq, bundan sonra paralel olaraq başqa bir savaşımız başlayacaq deyəsən: Bakının mərkəzində çücərən erməni dəbilqələri ilə savaş! Adını mən qoydum: erməni dəbilqələri! Başını erməni dəbilqəsinin içinə soxmuş bəzi üzdəniraq azərbaycanlılar! Əmin olun, ermənilər kimi sizlərin də dəbilqəsi boş qalacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
672 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...