Milyonların xərcləndiyi yollar- Yeni çəkilən yol çökdü - Qazaxda

Milyonların xərcləndiyi yollar-

Qazax şəhərində altı ay əvvəl çəkilən yol çöküb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, şəhərdə küçələrinin birində yol təzə təmir olunsa da, artıq çöküb.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, qurum şəhərdaxili yollara nəzarət etmir:

“Orada yaranan hər hansı bir problemə cavabdehlik daşımırıq. Digər tərəfdən də şəhərlərdə bütün kommunikasiya xətləri yolların altı ilə keçir. Bir ərazidə iki kvadratmetrlik ərazidə yaranan problemin bütün yola aid edilməsi düzgün deyil.

Yolun hər hansı bir hissəsində 2-3 metrlik problemin olması o yolun keyfiyyətli çəkilməməsi demək deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...