Arazın yeni qolu su qıtlığını aradan qaldıracaq - VİDEO

Arazın yeni qolu su qıtlığını aradan qaldıracaq -

Tikintisi başa çatmaqda olan Araz çayının yeni qolu İmişli, Saatlı və Biləsuvar rayonları ərazisində 54 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək.

Kanalın sağ və sol sahilinə yerləşən torpaq sahələri ilk dəfə olaraq əkin dövriyyəsinə qaytarılacaq.

Həmin rayonlarda yeni suvarılan torpaq sahələrinin istifadəyə verilməsi məqsədilə 2017-ci ildə İmişlidə mənbəyini Araz çayından götürməklə ümumi uzunluğu 66 kilometr olan dəmir-beton üzlüklü yeni kanalın hidroqurğularla birlikdə tikintisinə başlanılıb və 2021-ci ilin may ayında inşaat işlərinin başa çatması gözlənilir.

Ətraflı Baku TV-nin süjetində:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...