Beş nəfər koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib

Beş nəfər koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 27-də respublika ərazisində 5 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...