Peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək - Rusiyada

Peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək -

Rusiyanın Xabarovsk diyarında Pasxa bayramı ərəfəsində koronavirusa qarşı peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək.

Unikal.org-un məlumatına görə, bu barədə diyarın Səhiyyə Nazirliyi bildirib. Qeyd olunur ki, aprelin 29-30-da peyvənd olunacaq 60 yaşdan yuxarı şəxslərə 10 yumurta təqdim olunacaq.

Aksiya yerli quşçuluq müəssisəsinin dəstəyi ilə keçirilir. Ümumilikdə peyvəndləmə məntəqələrində 1400 pensiyaçıya yumurta veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...