"Qoç ət" restoranında müştərinin pulları və sənədləri oğurlandı

"Qoç ət" restoranında müştərinin pulları və sənədləri oğurlandı
Bakıda "Qoç ət" restoranında oğurluq olub.

"Gundeminfo"nun məlumatına görə, hadisə aprelin 24-də axşam saatlarında Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.

Belə ki, restoranda vətəndaşa məxsus içərisində 520 manat, 150 dollar, şəxsiyyət vəsiqəsi və bank kartları olan cüzdanı gödəkçəsinin cibindən oğurlanıb.

Yasamar Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin (PB) və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmayan 1988-ci təvəllüdlü Fərid İbrahimov saxlanılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...