“Xudayar statusuna” görə cinayət işi açıldı: Döyənlər müəyyənləşdirildi

“Xudayar statusuna” görə cinayət işi açıldı:

“Şəhid Xudayar Yusifzadənin ünvanına ironik ifadə işlədən şəxsin döyülməsi ilə bağlı cinayət işi açılıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, görüntülər sosial şəbəkələrdə yayılandan sonra məsələ barədə DİN tərəfindən müvafiq araşdırma aparılıb:

“Hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub. Həmin şəxslər şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur”.

DİN rəsmisi əlavə edib ki, hadisəni törədənlərin izahatları alınıb:

“Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, oxuduğu mahnı ilə yaddaşlara yazılan şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz, “zarafatyana” status yazan şəxsin döyülməsi görüntüləri sosial şəbəkələrdə rezonans doğurub. Daha sonra “zarafat”ı yazan şəxs ilə döyülən şəxsin fərqli adamlar olduğu məlum olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...