Kreml Paşinyana cavab verdi: “Qeyd-şərtsiz icra olunmalıdır!“

Kreml Paşinyana cavab verdi:

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ermənistanın Rusiyadan hərbi yardımla bağlı çağırışına cavab verib.

Yenisabah.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Putinə yazdığı məktuba rəsmi münasibət bildirib.

“Məktubun çatdığına əmin deyiləm, amma bütün bu məsələlər müzakirə olunub. Rusiya həm Bakı, həm də Yerevanla daimi əlaqədədir, vəziyyətin stabilləşdirilməsi üçün addımlar atılır. Putin üçtərəfli razılaşmanın bəndlərinin qeyd-şərtsiz icra olunmasının tərəfdarıdır”- deyə Peskov söyləyib.

Xatırladaq ki, Paşinyan Rusiyadan Azərbaycanla ərazi mübahisəsi fonunda yardım istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...