“Moskva Bakı ilə birgə peyvənd istehsalına hazırdır” - Mişustin

“Moskva Bakı ilə birgə peyvənd istehsalına hazırdır” -

Rusiya Azərbaycanla koronavirusa qarşı peyvəndlərin istehsalında əməkdaşlıq qurmağa hazırdır. TASS xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin Moskvada azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə deyib.

Rusiya Nazirlər Kabinetinin sədri qeyd edib ki, Moskva və Bakı koronavirus infeksiyası ilə birgə mübarizə aparırlar:

“Rusiya Federasiyasından təcili olaraq Azərbaycana xüsusi test sistemləri, Rusiya tibb mütəxəssislərindən ibarət qruplar göndərilib. May ayında “Sputnik V” peyvəndinin ilk partiyası da Azərbaycana göndərilib”. “Biz həmçinin, Rusiya peyvəndini sizinlə birlikdə istehsal etməyə hazırıq”, - deyə o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
695 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...