Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi
Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Qərənfil Əhmədova vəzifəsindən azad edilib. "Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Qərənfil Qorxmaz qızı Əhmədova Cəlilabad RTŞ-nin müdiri vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, Q.Əhmədova 2019-cu ildən bu vəzifədə çalışırdı. O, daha əvvəl Cəlilabad şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...