“Peyvənd vurdurmaq üçün vətəndaşın istəyi olmalıdır” - Nazirlikdən açıqlama

“Peyvənd vurdurmaq üçün vətəndaşın istəyi olmalıdır” -

“Koronavirusa qarşı peyvənd etdirməkdə fəslin heç bir əhəmiyyəti yoxdur. Bunun üçün sadəcə vətəndaşın istəyi olmalıdır”.

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib. T.Eyvazov qeyd edib ki, qarşıya qoyulan hədəfə çatmaq üçün kütləvi vaksinasiya lazımdır. Baş infeksionist həmçinin güclü allaergiyası olan şəxləsin vaksinasiya prosesində iştirakına da münasibət bildirib:

“Çox sayda insanda immunitet qazanılması xəstəliyin tez bitməsi üçün əsasdır. Güclü allergik reaksiyası olan şəxslər peyvənd olunmaması ilə bağlı qərarı mütəxəssis verə bilər. Amma allergiyası olan şəxslərin böyük əksəriyyəti peyvənd olunub və ciddi fəsad baş verməyib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...