87 yaşlı qadını tövlədə bağlı saxlayan 74 yaşlı qohumu imiş

87 yaşlı qadını tövlədə bağlı saxlayan 74 yaşlı qohumu imiş

Gədəbəy rayonunda 87 yaşlı qadının əl-ayağını bağlayaraq tövlədə saxlayan qohumu barəsində cinayət işi başlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenanatı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 1934-cü il təvəllüdlü, Gədəbəyin İvanovka kəndində yaşayan Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayıldıqdan sonra Gədəbəy RPŞ əməkdaşları həmin kəndə gələrək qadını kənd ərazisində gəzərkən aşkarlayıblar:

“Onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra aidiyyəti qurumlara məlumat verilib. Səkinə Həsənova Göygöl rayonunda yerləşən 3 saylı psixo-nevroloji mərkəzinə yerləşdirilib. Daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci ( Qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
672 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...