ABŞ-dan 11 sentyabr qərarı: Məxfi sənədlər paylaşılacaq
Bayden rəhbərliyi, 11 sentyabr terror hücumları ilə bağlı sənədlərin araşdırılacağını və ABŞ hökuməti tərəfindən gizli saxlanılan sənədlərin ölən şəxslərin ailələri ilə paylaşılacağını açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Belə ki, 11 sentyabr terror hücumlarının qurbanlarının ailələri, ABŞ Prezidenti Co Baydenə məktub göndərərək, hücumlarla əlaqədar bəzi sənədlərin gizli saxlanılmasına davam edəcəyi təqdirdə, Baydenin bu il 20-ci ildönümü anım mərasimlərində iştirak etməməsini istəyiblər.
Bundan sonra Bayden rəhbərliyi, məxfi sənədlərin həlak olanların ailəsinə tamamilə açıqlanacağını bildirib.
Qeyd edək ki, ABŞ-da 11 sentyabr 2001-ci il terror hücumlarında 4 sərnişin təyyarəsi qaçırılıb və təyyarələrdən ikisi Əkiz Qüllələrə çırpılıb. Başqa bir qaçırılmış təyyarə paytaxt Vaşinqtonda Pentaqonu hədəf alarkən, dördüncü təyyarə Pensilvaniya çölündə F-16-lar tərəfindən vurulub. Hücumlar nəticəsində təxminən 3000 adam həyatını itirib.
560 dəfə oxundu