Azərbaycanda yaxın zamanlarda xəstəxanalarda yer qalmayacaq - AÇIQLAMA

Azərbaycanda yaxın zamanlarda xəstəxanalarda yer qalmayacaq -

“Koronavirus dünyanı ağuşuna alıb, çaş-baş salan, gözə görünməyən, ünvanı, mənsəbi bəlli olmayan bir düşməndir. Mən də başqaları kimi bunun dəqiq nə olduğunu bilmirəm. Ancaq bildiyim odur ki, bu barədə hamımızın öyrənməyimizə ehtiyac var. Koronavirus barədə olan bütün bilgilərlə mümkün olan qədər tanış oluram və gəldiyim qənaət odur ki, bütün dünya elm adamları hələ ki, bundan xilas yolunu peyvənddə və sanitar qaydalara riayət etməkdə görür”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov qeyd edib ki, Azərbaycan hakimiyyəti işlərini yalnız hansısa qadağaları tətbiq etməkdə görür: “Ona görə ki, bu, ən asan yoldur. Fikirləşən yoxdur ki, nəqliyyatdan istifadə zamanı da itkilər olur, ancaq heç kim nəqliyyatdan istifadəni tam qadağan etmir, hansısa qaydalar müəyyən edir, izahat işi aparırlar. Ən azından sosial şəbəkədə görünən odur ki, sanki heç nə baş vermir. Səhiyyə Nazirliyindən, Təbibdən statistik rəqəmlərdən başqa heç nə görmürəm. Halbuki, yaxın zamanlarda yəqin ki, xəstəxanalarda yer, təcili çağırışlara isə təcili tibbi yardım maşınları çatmayacaq. Ona görə də hamınızdan xahiş edirəm ki, heç olmasa sosial şəbəkələrdə bu virusun təhlükəli olduğunu diqqətə çatdırmaq, insanların ehtiyatlı davranmaları, təklif olunan qaydalara riayət etmələri üçün əgər bu xəstəliyə yoluxan qohumlarınız, tanıdıqlarınız varsa bu barədə sosial şəbəkədə məlumat yayın. Xəstəliyin dəqiq müalicə üsulları hələ ki, olmadığından İsrail, Almaniya və digər tibbi inkişaf etmiş ölkələrin tətbiq etdikləri metodu öyrənmək və yaymaq lazımdır. Nəzərə alsaq ki, bu gün hakimiyyətin başı Qarabağ probleminə qarışıb bu sahədə aktiv vətəndaşların fəaliyyəti çox önəmlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
408 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...