Taekvondo üzrə uşaq və yeniyetmələr arasında açıq birincilik keçirilib FOTOLAR

Taekvondo üzrə uşaq və yeniyetmələr arasında açıq birincilik keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Neftçi İdman Klubu" Nəsimi komandasının Taekvondo üzrə uşaq və yeniyetmələr arasında açıq birinciliyi keçirilib.130-dan çox idmançının iştirak etdiyi yarışda taekvondoçular birincilik uğrunda gərgin mübarizə aparıblar.

Qaliblər diplom medal və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Yarışın təşəbbüskarı "Neftçi İdman Klubu"nun məşqçisi Elməddin Vəliyev və köməkçi məşqçi Amid Vəliyev bu yarışın iştirakçıları arasından gələcəkdə beynəlxalq arenalarda vətənimizi layiqincə təmsil edəcək idmançıların olduğuna inandıqlarını bildiriblər. Elməddin Vəliyevin sözlərinə görə "Neftçi İ.K" Taekvondo növünün inkişafı üçü bu yarışları silsilə şəklində davam etdirəcək.

Taekvondo üzrə uşaq və yeniyetmələr arasında açıq birincilik keçirilib
Taekvondo üzrə uşaq və yeniyetmələr arasında açıq birincilik keçirilib
Taekvondo üzrə uşaq və yeniyetmələr arasında açıq birincilik keçirilib


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2020 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...