Azərbaycan neçə əfqan vətəndaşına qaçqın statusu verib?

Azərbaycan neçə əfqan vətəndaşına qaçqın statusu verib?

Azərbaycanda yaşayan, rəsmi qeydiyyata alınan Əfqanıstan vətəndaşlarının sayı açıqlanıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Qurumun məlumatına görə, indiyə qədər ölkəmizdə yaşayan doqquz nəfər əfqanıstanlıya qaçqın statusu verilib.

Xatırladaq ki, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir.

Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan ərazisində qanuni qalmaq hüququ verən sənəddir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...