Yoluxma sayı artır - Açıq havada maska qadağası GÜNDƏMDƏ

Yoluxma sayı artır -
“Son günlər dünyada, eləcə də Azərbaycanda koronavirusa yoluxma ilə bağlı ciddi artım müşahidə edilir”.

Bu sözləri Lent.az-a açıqlamasında İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova deyib. O bildirib ki, bu səbəbdən də artıq bəzi ölkələrdə açıq havada maska taxmaq qadağası yenidən tətbiq edilir:

“Buna əsas səbəb isə COVID-19-un hava-damcı infeksiyası olmasıdır. Azərbaycanda açıq havada maska taxmaqla bağlı birmənalı açıqlama vermək mümkün deyil. Çünki bu mövcud vəziyyətdən asılı olaraq dəyişə bilər. Əgər vəziyyət getdikcə daha da pisləşərsə, düşünürəm ki, Operativ Qərargah bununla və digər məsələlərlə bağlı müvafiq qərarlar verə bilər”.

K.İsmayılova qeyd edib ki, insanlar pandemiya ilə bağlı diqqətli olmalıdırlar:

“Qorunma tədbirlərinə davam etməliyik. Maskadan düzgün istifadə, sosial məsafəni qorumaq, əl gigiyenasına diqqət əsasdır. Burada ən əsas məqam hamının peyvəndləmədə aktiv iştirakıdır”.

Mütəxəssis əlavə edib ki, qarşıdakı günlərdə epidemioloji durumun təhlilinə əsasən qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək: "Hansı qərarların verilməsini isə qabaqcadan proqnozlaşdırmaq mümkün deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...