“Vərəsəlik arayışı üçün ailəmin COVID pasportu tələb edilir”

“Vərəsəlik arayışı üçün ailəmin COVID pasportu tələb edilir”
Qobustan rayon sakini Beyrəy Hüseyinov rayon İcra Nümayəndəliyindən narazıdır. O, ailə üzvlərinin hamısının peyvənd olunmadığına görə, vərəsəliklə bağlı arayış ala bilmədiyini iddia edir.

“Qafqazinfo”ya müraciət edən B. Hüseyinovun sözlərinə görə, bir neçə gün əvvəl bu arayışı almaq üçün rayonun icra nümayəndəliyinə müraciət edib: “İcra nümayəndəsinin müavini Səid Rəhimov məndən ailə üzvlərimin şəxsiyyət vəsiqəsini və COVID-19 pasportlarını tələb etdi. Ailədə 7 nəfərik, sadəcə iki nəfər peyvənd olunmayıb. Səlahiyyətli şəxslər də vurğulayır ki, peyvəndləmə məcburi proses deyil. Belə olan halda niyə arayış üçün mənim ailə üzvlərimin hamısından COVID pasportu tələb olunmalıdır?!”.

“Qafqazinfo” məsələ ilə bağlı icra nümayəndəsinin müavini Səid Rəhimovla əlaqə saxlayıb. O bildirib ki, vətəndaş arayış almaq üçün lazım olan sənədlərin hamısını təqdim etməyib: “Buna görə də ona arayış verilməyib. Ailə üzvlərinin peyvəndlənməsi ilə bağlı isə sadəcə tövsiyə vermişəm. Məlumdur ki, peyvəndlənmə məcburi proses deyil. Ancaq pandemiyadan qurtulmaq üçün əhali peyvənd olunmalıdır. Mən peyvəndlənməni bütün şəxslərə tövsiyə edirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
400 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...