Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan şəxs tutuldu - VİDEO

Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan şəxs tutuldu -
Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb.

Bu barədə axili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri etməkdə şübhəli bilinən Elvin Alıyev tutulub.

Araşdırma zamanı onun Xətai rayonu ilə yanaşı paytaxtın digər rayonlarında da analoji hadisələr etdiyi məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqların bir neçəsi binlarda quraşdırılan təhlükəsizlik kameraları vaitəsi ilə də görüntülənib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Elvin Alıyev barəsində araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1222 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...